HappY TiMe FoRuM

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » HappY TiMe FoRuM » Ədəbiyyat » Yanıltmaclar


Yanıltmaclar

Сообщений 1 страница 10 из 72

1

Salam aleykum.

Yanıltmac folklor nümunələri içərisində geniş yayılmış janrlardan biridir.
Yanıltmaclarda əsas məqsəd dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaq,
söz ehtiyatını artırmaq, tez-tez danışmaq vərdişlərinə yiyələnməkdən ibarətdir.
Gərəkdir ki yanıltmacları sürətli templə deyəsən, həm də səlis tələffüz edəsən,
heç bir səhvə yol verməyəsən. Gəlin bu mövzuda hərəmiz bildiyimiz bir yanıltmac nümunəsi yazaq.
Beləliklə, bir neçəsini mən yazıram, sürətli templə tələffüz edin, görün səlis deməyi bacaracaqsınızmı?   

Mollanı əmmamələməlimi, əmmamələməməlimi?

Üç-üç cücə, üç cüt cücə, üç cücə.

Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.

Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.

Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.

Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor, kürkü yırtıq kirpi erkək kar, kor kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor, kürkü yırtıq kirpi dişi kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır.

Siz də bildiyiniz yanıltmaclardan əlavə edin

2

Getdim gördüm
Bir dərədə
İki kar, kor, kürkü yırtıq
Kirpi var.
Erkək, kar, kor, kürkü yırtıq kirpi
Dışi kar, kor, kürkü yırtıq kirpinin
Kürkünü yamayır.
Dışi kar, kor, kürkü yırtıq kirpi
Erkək kar, kor, kürkü yırtıq kirpinin
Kürkünü yamamaqdansa,
Erkək kar, kor, kürkü yırtıq kirpi
Dışi kar, kor, kürkü yırtıq kirpinin
Kürkünü yamayır.

3

Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.

Dedim:

- Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü?

Dedi:

- Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.

4

Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq. :cool:

5

Qara qaranı qarayla qaralayıtdı
Qaralanan qara qaaradan qaralanıtdı.

6

Yetişmiş yemişi yetim yemiş

7

Asya написал(а):

Yetişmiş yemişi yetim yemiş

Superr

8

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min..... :confused:

9

AFERIN SIZE...MEN AMMA BILMIREM...

10

hmmmmmmmmmm  :(


Вы здесь » HappY TiMe FoRuM » Ədəbiyyat » Yanıltmaclar