HappY TiMe FoRuM

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » HappY TiMe FoRuM » Sağlamlıq / Səhiyyə » Vegetarianlıq


Vegetarianlıq

Сообщений 1 страница 2 из 2

1

Vegetarianlıq sadəcə pəhriz demək deyil. Bu, həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzidir. Vegetarianlar "əvvəlcə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər cəmiyyət barədə düşünməli" həqiqətini anlamış insanlardır.

Tibbi baxımdan elmi şəkildə bitki ilə qidalanmanın faydaları var. Xolesterol (qan yağları) yalnız heyvan mənşəli qidalarda olduğundan bitki ilə qidalanan insanlarda qan təzyiqi, emboliya, infarkt, xərcəng ehtimalı minimuma enir.
Son tibbi araşdırmalar göstərir ki, daha çox bitkilərlə qidalanma insanın ömrünü uzadır. Proteinli qidaların tez qocalmaya səbəb olması tibbi təsdiqini tapmış müddəadır.

İslam dinində ət halal qidalardandır. Sadəcə bütün qidalar kimi heyvan mənşəli məhsullar da halal və haram olmaqla iki qrupa bölünür. İlkin halal olan bir qidanın sonradan murdarlanması və bu yolla haram olması mümkündür. İstisnasız haram isə donuz əti və yırtıcıların ətidir. Amma bu o demək deyil halal ət məhsullarının istifadəsində heç bir ölçü gözlənməməlidir. Həzrət Əli (ə) buyurur: “Qarnınızı heyvanların qəbristanlığına çevirməyin.”

Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz həqiqət axtarışlarının sonunda vegetarian olublar. Əgər bu həqiqətə şübhə ilə yanaşan varsa, onda qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusu ilə tanış olmağa dəyər: Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrovski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, Monten, Əkbər (Anvar), Con Milton, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Жan Жak Russo, Lamartin, Şelli, Henri Devid Toro, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Şveyster, Mahatma Qandi, Albert Eynşteyn... Siyahını kifayət qədər uzatmaq olar.
Bəs, vegetarian olmaqla möhkəm sağlamlığa nail olmaq, xəstəliklərin qarşısını almaq olarmı? Elm son zamanlaradək bu suallara qeyri-müəyyən cavab verirdi, amma vegetarianlığın tərəfdarları uzun illərdir ki, bunu əyani surətdə sübut ediblər. Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi birbaşa olaraq ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki, vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin 97 faizinin qarşısı alınır.
Aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insula gətirib çıxarır. Araşdırmalara görə, ət məhsulları ilə daha çox qidalanan 25 ölkənin 19-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə, ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır.

Adi müşahidələr göstərir ki, vegeterianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhpərvər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların böyük bir hissəsi vegetarianlığa üstünlük verirlər.

P.S.
Vegetarianlar orqanizmlərinə olan xeyir üçün heyvanların ətlərindən istifadə etmirlər və belə qidanı soya məhsulları ilə əvəz edirlər. Lakin belə qidalanma hər zaman xeyirli ola bilməz. Tək-tək hallarda bu əks təsir göstərə bilər.
Oksford universitetinin mütəxəssisləri araşdırma zamanı müəyyən etdilər ki, soya məhsulları yaddaşa mənfi təsir göstərir.

İlk növbədə bu tofu adlı pendirə aiddir.
Sübut olunmuşdur ki, başqaları ilə müqayisədə daim bu məhsuldan istifadə edənlərin beyin aktivliyi 20 % aşağıdır. Xüsusəndə bu 60 yaşından yuxarı olan vegetarian kişi və qadınlarda müşahidə olunub.
Soyalı məhsulların tərkibində çoxlu miqdarda izoflavon var. Hesab olunur ki, o insanların sağlamlığına müsbət təsir göstərir. Lakin bu yaşlı insanlara xeyirdən çox ziyan gətirir.

2

Vegeteran deyiləm amma hardasa yazıgım gəlir heyvanlara əsəsda ovlandıgların gordukdə :'(


Вы здесь » HappY TiMe FoRuM » Sağlamlıq / Səhiyyə » Vegetarianlıq