HappY TiMe FoRuM

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » HappY TiMe FoRuM » Din, İslam » Bəhanələr


Bəhanələr

Сообщений 1 страница 2 из 2

1

SƏNİ İBADƏTDƏN SAXLAYAN BƏHANƏLƏR:
1. Vaxtım yoxdur - Allahın ruzisini gündə bir neçə dəfə yeməyə vaxt tapdığın kimi, şükr etməyə də vaxt tap

2. Namazı qocalanda qılaram - Heç kəs yəqinliklə bilməz ki, onun ömür payı nə qədərdir. Həm də yadında saxla ki, cavanlıqda yazılan yazı daş üzərində yazılan yazıya bənzəyir ki, heç vaxt silinmir. Qocalıqda bir şeyi öyrənmək su üzərində yazılan yazıya bənzəyir ki, yazılan kimi itir.

3. Mən namaz qılmasam da ürəyim təmizdir - Birinci sən bununla demək istəyirsən ki, namaz qılanların qəlbi çirkin, sənin qəlbin təmizdir. Bil ki, namaz barədə səndən ayrıca hesab alınacaq, əməllərin barədə isə ayrıca. Bil ki, qiyamət günündə xilas olanların iki tədarükü olmalıdır:
1. Allaha iman gətirmək, yəni, Allahın bütün əmrlərinə tabe olmaq (namaz, oruc, içkidən çəkinmə, naməhrəmə baxmamaq və s.).
2. Pak əməl, yəni böyüklərə hörmət, qonşularla mehribanlıq, yoxsullara əl tutmaq və s. kimi əməlləri Allaha görə edəsən, ona görə yox ki, səni tərifləsinlər və sən də bu əməllərinlə fəxr edəsən. Sən əgər deyirsən ki, mənim qəlbim pakdır, Quran da cavabında buyurur: "Təkəbbürlülərin (özündən razıların) yeri cəhənnəmin ən dərin quyusudur". Necə olur ki, Peyğəmbərimiz (s) və imamlarımız (ə) kimi günahsız insanlar hər namazlarında ağlayaraq Allahdan bağışlanmaq istəyirlər, sən isə ətrafını günahlar bürümüş halda, deyirsən mənim qəlbim təmizdir?

4. Peyğəmbər buyurub: "Bir saatlıq elm qırx il ibadətdən üstündür". Sən Quranla və bəzi İslami kitablarla tanış olsan görərsən ki, namaz vacib ibadət, yəni vacibat sayılır. Peyğəmbərin nəzərdə tutduğu ibadət isə namazdan başqa olan ibadətlərdir, məsələn, vaxtının çoxunu məsciddə keçirmək, əlavə namazlar qılmaq və s. Beli sınmış halda yatağa düşmüş bir adama, o vəziyyətdə namazı ürəyində qılmaq vacib olduğu halda, sağlam adam üçün heç bir bəhanə yeri qalmır!! Həm də ki, Peyğəmbərin (s) nəzərdə tutduğu bir saatlıq elm - milyonlarla insanların ölümünə səbəb olan, atom bombasını kəşf edən elm deyil, mənəviyyat elmi, əxlaq elmidir. Bu elmin bərəkətidir ki, sən bu günə qədər əcdadlarından qalan - qocalara hörmət, valideynə hörmət, ailə namusu, qadın iffəti və s. kimi gözəl nemətləri qoruyub saxlamısan. Çalışanlar çoxdur ki, bu nemətləri sənin əlindən alsın. Əgər sən İslamın əsaslarına yiyələnməsən, sənin üçün qurulan tələləri görə bilməzsən.
Bütün bunları nəzərə alaraq Allahın səni müsəlman yaratmaqla, sənin üzərinə nə qədər böyük məsuliyyət qoyduğunu hiss etməlisən.

2

Tamailə düzdü gərək bahanələrdən yan kecək


Вы здесь » HappY TiMe FoRuM » Din, İslam » Bəhanələr