HappY TiMe FoRuM

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » HappY TiMe FoRuM » Din, İslam » Səfərə çıxıram...


Səfərə çıxıram...

Сообщений 1 страница 2 из 2

1

Salam Aleykum əziz müsəlman bacı və qardaşlarım!

Bildiyiniz kimi səfər hər birimiz üçün sevimli hadisədir. Amma müsəlmanlar üçün səfər digərlərindən fərqli olaraq ciddi hazırlıqlar tələb edir. Məsələn, səfərdə olarkən namazı necə qılaq? Qibləni necə müəyyənləşdirək?

Səfərə hazırlıq
Bu gün axşam 7 günlük səfərə yola düşürəm. Allahın köməkliyi ilə! İlk öncə səfərin uğurlu olması üçün Allaha dua etdim. Səfərə çıxmazdan əvvəl yol çantamı hazırlayacam. Yalnız ən vacib olan əşyaları toplamaq lazımdır. Və əlbəttə ki, namaz qılmaq üçün canamaz, möhür və kompas. Deyim ki, kompasınız olmasa, olduğunuz yerdə də heç kəs qibləni tapmaqda sizə yardım edə bilməsə, haranı qiblə güman edirsinizsə, üzü ora namaz qıla bilərsiniz.
Evdən çıxmazdan əvvəl dəstəmaz alacam. Olmadı elə, oldu belə... birdən təyyarə qəzaya uğradı))) heç olmasa, digərlərindən fərqli olaraq mən qoy dəstəmazlı olum.

Səfərdə Namaz
İslam dininə görə, 10 gündən az müddətinə doğma evindən ayrılan və 22 km-dən uzaq məsafəni qət edən şəxs, səfərdə olan sayılır. Bununla əlaqədar Allah-Taala bizə əlavə imtiyazlar buyurub. Məsələn, gündəlik Zöhr, Əsr və İşa namazları 4 rəkət deyil, 2 rəkət qılınır. Lakin dinimizə görə avtomobil sürücüləri, gəmiçilər, təyyarəçilər, stüardessalar və s. öz işləri ilə bağlı etdikləri səfərlərdə namazlarını bütöv qılmalıdırlar. İşi-peşəsi səfər olan, lakin bəzi vaxtlar əyləncə, gəzinti üçün səfərə gedənlər isə belə səfərlər zamanı 4 rəkətli namazları 2 rəkət qılırlar.

Səfərdə tam Namaz
Onu da deyim ki, səfər zamanı müəyyən bir yerdə 10 gün və 10 gündən artıq qalmağı nəzərdə tutan şəxs həmin yerdə namazlarını bütöv qılmalıdır. Əgər birisi 10 gündən artıq səfər etsə, lakin 10 günü konkret qalmayıb, məsələn, 2 gün bir şəhərdə, 5 gün bir şəhərdə, 4 gün də ayrı bir məntəqədə qalsa bu zaman namazları 2 rəkət qılmalıdır.

2

Çox gözəl movzudu


Вы здесь » HappY TiMe FoRuM » Din, İslam » Səfərə çıxıram...