HappY TiMe FoRuM

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » HappY TiMe FoRuM » Din, İslam » Hedis yazaq


Hedis yazaq

Сообщений 1 страница 4 из 4

1

Islamin yayilmasi ile elaqedar bu dinin tebligatinda istifade olunan vasitelerden biri de hedislerdir.Yani Qurani_kerimde qeyd olunmayan lakin Peygembrimizin(S.eS) dovrunde yawanmiw hadislerin mezmunudur.Bunlarda sehih ( duzgun ) ve Qeryi sehih (uydurma) olaraq 2 qrupu bolunur.Islaminin gozelliyini xurafatla lekelememek ucun sehih hedisler yazaq.

2

«Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!» «əl-Bəqərə surəsi, 41-ci ayə»

3

Cennette öyle köşkler vardır ki, içindeki dışındakini, dışındaki içindekini görür...

4

Peygemberi (s.a.a.) Agladan Qadinlar

İmamı Əli (ə) buyurur:
"Mən və Fatimə (s.a.) Peyğəmbərin (s.a.a.) yanına getdik. O həzrət çox möhkəm ağlayırdı. Ərz etdim: "Atam, anam sənə fəda olsun! Ağlamağınızın səbəbi nədir?” Buyurudu: "Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm. Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu: Başının qabağının tükü ilə cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əl-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular”.
Həzrət Zəhra (s.a.) ərz etdi: "Mənim sevgilim, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə”. Həzrət (s.a.a.) buyurdu: "Başının qabağının tükü ilə cəhənnəm divarında asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən başqası üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əl-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən təmizləyib qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, uşaq doğurmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilən fahişəlik üçün vasitəçilik edər və qadınları cinsi tələblərini doydurmaq üçün kişilərin ixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində xanəndəlik edər və paxıllıq xəstəliyinə bulaşmış idi”.
(Biharul-Ənvar/cild100/səhifə245)


Вы здесь » HappY TiMe FoRuM » Din, İslam » Hedis yazaq