HappY TiMe FoRuM

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » HappY TiMe FoRuM » Fəlsəfə və psixologiya » Özünüzü hazırcavab hesab edirsiz?


Özünüzü hazırcavab hesab edirsiz?

Сообщений 1 страница 5 из 5

1

Hazırcavablıq

Hazırcavablılıq, hər mühitdə, hər suala anında cavab verə bilmə, deyiləcək söz tapa bilmədiyinizdə belə mühiti ölüm səssizliyindən qurtaracaq cümlələri meydana gətirə bilmə qabiliyyətidir. Təsirli bir ünsiyyətçi olmaq istəyirsiniz. Fikirlərlə dopdolusunuz. Danışmağa çalışdığınızda bütün cümlələriniz bir ədib və ya şairin sətirləri kimi epiqrama bənzəməyə bilər. Danışma əsnasında hər cümlənin sözlərinin belə məna zənginliyinin bir parçası olması mümkün olmaya bilər. Belə vəziyyətdə əsl əhəmiyyətli olan fasiləsiz danışmağa davam edə bilməkdir.

Dünyadakı hazırcavablar və onların cavabları 

1. Sokrat və həyat yoldaşı heç cür yaxşı dolana bilməzlərmiş. Bir gün yoldaşı Sokrata ağzına gələni deyir. Baxır ki, əri heç bir reaksiya vermir; bir vedrə suyu götürüb başından aşağı boşaldır. Sokrat çox sakit bir şəkildə:
- Bu qədər göy gurultusundan sonra bir yağış onsuz da gözləyirdim - deyir. ))))

2. Bir gün Əflatun, tələbələrindən birini qumar oynayarkən tutur və şiddətlə danlayıır. Tələbəsi:
- Yaxşı, amma mən çox az bir pula oynayırdım - deyə etiraz edən zaman Əflatun cavab verir:
- Mən səni itirdiyin pul üçün deyil, itirdiyin zaman üçün danlayıram.   ))

3. Dünya nemətlərinə əhəmiyyət verməyən yaşayış və fəlsəfəsiylə məşhur olan filosof Diogen, bir gün çox dar bir küçədə zənginliyindən başqa heç bir şeyi olmayan qürurlu bir adamla qarşılaşır. İkisindən biri kənara çəkilmədikcə keçmək mümkün deyil. Məğrur zəngin, xor gördüyü filosofa:
- Mən bir avaranın qarşısından kənara çəkilmərəm - deyir.
Diogen kənara çəkilərək çox sakitcə cavab verir:
- Mən çəkilərəm.   ))

4. Məşhur bir filosofa:
- Sərvət ayaqlarınızın altında olduğu halda niyə bu qədər kasıbsınız? - deyə soruşulduğunda:
- Ona çatmaq üçün əyilmək lazımdır ona görə - deyir.   )

5. Qulaqlarının böyüklüyü ilə məşhur Galileyə rəqiblərindən biri:
- Qulaqlarınız, bir insan üçün bir az böyük deyilmi?
Galiley:
- Doğrudur - deyir, Mənim qulaqlarım bir insan üçün bir az böyükdür amma, səninkilər bir eşşək üçün çox kiçik deyil?  ))

6. Bir yığıncaqda, bir gənc Məmməd Akifi hörmətdən salmaq istəyir:
- Bağışlayın, siz baytarsınızmı?
Məmməd Akif heç kefini pozmadan belə deyir:
- Bəli, bir yerinizmi ağrıyırdı? 

Bəs siz necə? Özünüzü hazırcavab hesab edirsiniz?

2

HEREDEN

3

Baxır yerinə və vaxtına

4

HEEE.....HERSEY INSANDAN ASILI OLUR VE BAXIR HARDA HAZIR CAVAB OLMAQ LAZIMDIR....VE YAXUD SUSMAQLA BIR ISARET ETMEK...,O INSANA YETER OLUR....AMMA COX VAXT OZ SUSMAGIMLA VE ONU SAYMAZLIQLA CAVAB VERMISEM....CAVAB VERMEKDENSE SUSMAQ ELE GOZEL CAVAB OLUR...HETDA INSANI YANDIRA BILER...

5

Bir insan menim qelbime deyerse eyer onu susmaqla cezalandiriram!


Вы здесь » HappY TiMe FoRuM » Fəlsəfə və psixologiya » Özünüzü hazırcavab hesab edirsiz?